Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“İmişli” MOİK-in futbolçusu Seyxan Fərəcovu transfer etmək niyyətindədi.“Football-plus.az”ın məlumatına görə, Aran təmsilçisi nəinki 1-ci liqa klubunun, bu çempionatın bombardiri olan hücumçunu heyətinə qatmaqda israrlıdı.Hazırda tərəflər arasında danışıqlar davam edir. Maraqlıdı ki, “pələnglər” sabiq futbolçusunu qaytarmaq üçün hazırda komandada olan, ancaq ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilən futbolçulardan bir-ikisini də “hərbçilər”ə verməyə razıdı. Təki cari klubu Seyxanı “İmişli”yə satsın.Futbolçunun özü də “pələnglər”in formasını geymək istəyir. O, özünü premyer-liqada sınamağa hazır hiss edir.Maraq üçün qeyd edək ki, Seyxan Fərəcov başa çatmaqda olan ilin yayında MOİK-ə keçib. İndiyə qədər bu klubda 11 qol, 2 məhsuldar ötürmə ilə yadda qalan hücumçunun “hərbçilər”lə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.KƏNAN BAHADIR
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.