Bizimyol saytına istinadən ain.az xəbər verir.
İran prezidenti Məsud Pezeşkianın sözlərinə görə, İran faktiki olaraq Qərb ölkələri və İsrail ilə tammiqyaslı müharibə vəziyyətindədir. "Mənim fikrimcə, biz Amerika, İsrail və Avropa ilə tammiqyaslı müharibə vəziyyətindəyik. Onlar ölkəmizin öz ayaqları üzərində möhkəm dayanmasını istəmirlər", - Pezeşkian müsahibəsində deyib. Lakin prezidentin sözlərinə görə, İran ordusu "əvvəlki hücumlar zamanı olduğundan daha güclü olub". Pezeşkian əlavə edib ki, Tehran növbəti hücumlar zamanı "daha qətiyyətli cavab" verməyə hazırdır.
İran müharibəyə hazırdırmı?
Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran prezidenti Məsud Pezeşkian ölkənin iqtisadiyyatının çox ağır vəziyyətdə olduğunu deyir və hər gün 8 milyon barel neft çıxarılan bir ölkədə yaranmış vəziyyətin səbəbkarlarını göstərir.
Əli Mustafa
“Normalda Pezeşkian hakimiyyətə gələndə islahatların aparılmasının vacibliyini bildirirdi. Eyni zamanda Qərblə Amerika ilə dialoqa getməyin zərurətini deyirdi. Lakin köhnə mühafizəkarlar buna mane oldu. Nəticədə İranın onsuz da ağır olan sosial-iqtisadi durumu bir qədər də ağırlaşdı.
Gerçəklik ondan ibarətdir ki, İran həqiqətən bir hərbləşmiş bir dövlətdir. Uzun illər orduya hərbi maliyyə yatıran rejim indi böyük orduya sahibdir. Amma indi elə bir vəziyyət yaranıb ki, hələlik o da çox rentabelli deyil. Çünki yeni savaşlar daha çox raketlərlə, PUA-larla aparılır.
Konkret olaraq İran İsraillə, Avropa ilə, Amerikanın ölkələri ilə müharibə şəraitindədir. Amma quru orduların elə bir əhəmiyyəti yoxdur. Çünki onların arasında böyük məsafə var. Digər tərəfdən də bu ölkələrin hamısı texnoloji baxımdan daha çox inkişaf etmiş ölkələrdir. Yəni İrandan üstün hərbi texnoloji imkanlara malikdir. Normalda İran ordusu da əslində rentabelli deyil. Yaxın ətrafındakı dövlətlərlə vuruşmağa ehtiyac yoxdur. Real düşmənlərlə böyük məsafə ayırır və onlar daha çox İranla əslində ordu ilə deyil, iqtisadi maliyyə yarçaqları ilə mexanizmləri ilə savaşırlar. Odur ki, Pezeşkian ölkədəki vəziyyəti düzgün təsbit edir və İran cəmiyyətinə, həmçinin molla fars rejiminə də mesaj verir ki, "boş yerə milyardlarla - təxminən 50 milyarddan çox - pul xərcləmisiniz, bir ordu formalaşdırmısınız, onun da ölkəyə heç bir faydası yoxdur və əvəzində iqtisadiyyatı, ticari əlaqələri inkişaf etdirmək lazım idi". Bu sahədə sıxıntılar var. Təəssüf ki, bu sıxıntıları da daha çox rejim Pezeşkiana yüklənərək, onun təqsiri kimi təqdim etməyə çalışırlar. Amma gerçəklik ondan ibarətdir ki, Pezeşkian hakimiyyətə gələndə artıq bu ağır "miras"ın ortada olduğunu bilirdi. Sadəcə olaraq olduqca zəngin bir ölkədə olduqca yararsız bir idarəetmə var. Təbii ki, köhnə təfəkkürlü rejim bu ölkənin önünü açmağa mane olur və normal islahatçı təfəkkürə sahib insanların ölkəni düzgün yönəltməsinə imkan vermir.
Məsud Pezeşkiana imkan verilərsə, İranı bu ağır vəziyyətdən çıxara bilər. Görünən odur ki, ona qarşı təzyiqlər hələ davam edir. Pezeşkian da əslində bu rejimə real vəziyyəti deməklə, onları seçim qarşısında qoyur. İran prezidenti demək istəyir ki, “ya imkan verin ölkəni xilas edək, ya da faciə qaçılmazdır”.
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.