Dünya iqtisadiyyatı 2026-cı ilə zəif iqtisadi artımlarla qədəm qoyur.
Beləliklə, mütəxəssislər bildirib ki, dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ 2026-cı ildə potensialından aşağı böyüyəcək, lakin tənəzzülə girməsi ehtimalı az görünür". BVF-yə görə işsizlik səviyyəsi 4,1%, OECD-yə görə isə 4,4% təşkil edir.
Avrozona tənəzzülün astanasında
Həm BVF, həm də OECD Avrozona üçün 1,2% artım proqnozlaşdırır. İqtisadçıların fikrincə, əgər bu proqnozlar gerçəkləşərsə, Avrozona inkişafdan asılı olaraq hər iki istiqamətə düşə biləcək bir ağac kimi tənəzzülün astanasındadır. Hər iki qurumun proqnozlarına görə, işsizlik səviyyəsinin 6,3% səviyyəsində qalacağı proqnozlaşdırılır. Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çin üçün artım proqnozları BVF üçün 4,2%, OECD üçün isə 4,4% təşkil edir. Bu nisbətlər Çinin keçmiş ikirəqəmli artım nisbətləri ilə müqayisədə olduqca məhduddur.
Çində demək olar ki, mövcud olmayan inflyasiya səviyyəsi diqqətəlayiqdir. BVF 0,8%, OECD isə 0,3% proqnozlaşdırır.
Argentinanın böhrandan çıxması təəccüb doğurur Uzun müddətdir iqtisadi böhran və hiperinflyasiya ilə mübarizə aparan Argentina üçün 2026-cı il nisbətən müsbət gözləntilər təqdim edir. BVF 4% artım, OECD isə 3% gözləyir.
Mütəxəssislər bu mənzərəni belə şərh edir:
“Argentinanın inflyasiyanı azaltmaq üçün həyata keçirdiyi pul və maliyyə tədbirlərinə, xüsusən də dövlət xərclərini məhdudlaşdıran qaydalara baxmayaraq, iqtisadiyyatının təxminən 4% böyüməsi gözlənilir ki, bu da əhəmiyyətli bir nailiyyət olacaq”. BVF-yə görə işsizlik səviyyəsi 6,6%, OECD-yə görə isə 7% təşkil edir. BVF-yə görə inflyasiya 10%-ə, OECD-yə görə isə 16,7%-ə düşəcək.
Bahalaşma ili kimi yadda qalacaq
2025-ci il Azərbaycan iqtisadiyyatı üçün bir çox dəyişikliklər və yeniliklərlə yadda qalıb. Qeyri-neft sektorunda hələ də gözlənilən nəticə əldə edilməyib. Belə ki, rəsmi rəqəmlərə görə, qeyri-neft sektorundakı artım 5 faizə yaxındır.
Ancaq 2025-ci il əsasən "bahalaşma ili" kimi yadda qaldı. Yeni ildən isə bir sıra sahələrlə bağlı dəyişikliklər barədə artıq qərar verilib.
Yeni ildən ölkədə vergi sistemində yeni qayda tətbiq ediləcək. Belə ki, gələn aydan etibarən qeyri-neft və qeyri-dövlət sektorunda çalışan vətəndaşlar üçün müəyyənləşdirilmiş fiziki şəxslərin gəlir vergisi ilə bağlı güzəştlərin müddəti başa çatır. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, növbəti ildən etibarən əməkhaqları 2500 manatadək olan vətəndaşlardan 3 faiz gəlir vergisi tutulacaq.
Yeni ildən, yəni 2026-cı il yanvarın 1-dən Azərbaycanda icbari tibbi sığorta sistemində bəzi dəyişikliklər gözlənilir, əsas yenilik işləməyən, sahibkar olmayan və ya dövlət sektorunda çalışmayan şəxslərin icbari tibbi sığorta xidmətlərindən istifadə üçün ödəniş etməsi ilə bağlıdır.
Bu ödənişin məbləği minimum əməkhaqqının müəyyən faizi (təxminən 192 manat illik) olağı gözlənilir. Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə yanvarın 1-dən Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat 10 qəpikdən 1 manat 15 qəpiyə, dizelin 1 litrinin qiyməti isə 1 manatdan 1 manat 10 qəpiyə dəyişdirilib. İqtisadçı-ekspertlərin fikrincə, bu proses yeni ildə yenə də bahalaşma ilə nəticələnə bilər.