Bakı. Trend:
ABŞ-nin Kentukki ştatında yük qatarının 31 vaqonu dekabrın 30-dasəhər saatlarında relsdən çıxıb.
Trend-inməlumatına görə, bu barədə dəmir yolu operatoru “CSX Corporation”məlumat yayıb.
Qəza nəticəsində vaqonlardan birindən ərimiş kükürd sızması başverib və yanğın yaranıb. Hadisə yerinə dərhal fövqəladə qəzaxidməti cəlb olunub.
Kentukki ştatının Todd dairəsinin hakimiyyət orqanları yerlisakinlərə təhlükəsiz məsafəyə təxliyə olunmağı tövsiyə edib.Dairənin Fövqəladə Hallar üzrə İdarəsinin rəhbəri bildirib ki,hazırda əsas prioritet ətraf mühit üçün yarana biləcək risklərinminimuma endirilməsidir.