AZ

Sabitləşən tarif qaz və elektrik qiyməti nə qədər artacaq?

"Təbii qaz və elektrik enerjisi sərfiyyatına görə tətbiq edilən aylıq sabit tarifin xərc yükü əsasən aztəminatlı ailələrin üzərinə düşəcək".

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev deyib. Onun sözlərinə görə, bu mexanizm həmin ailələr üçün faktiki olaraq yüksək tarif deməkdir və onlar bu artımı daha çox hiss edəcəklər.

Samir Əliyev qeyd edib ki, 2025-ci ilin yanvarından təbii qaz üzrə illik istehlakı 1200 kubmetrə qədər olan əhali qrupu üçün tarif 12,5 qəpik müəyyənləşdirilib və bu, ən aşağı tarif hesab olunur. Bu kateqoriyaya aid abonentlər il ərzində 150 manat ödəyir. İqtisadçının sözlərinə görə, 2026-cı ildə yeni tarif artımı olmasa belə, sabit tarif səbəbindən bu məbləğ 162 manata yüksələcək və nəticədə qazın 1 kubmetri faktiki olaraq 13,5 qəpiyə başa gələcək.

O vurğulayıb ki, bu isə əhalinin təxminən 48 faizi üçün tarifin 12,5 qəpikdən 13,5 qəpiyə qalxması deməkdir və artım ən azı 8 faiz təşkil edir. Əliyevin fikrincə, istehlak azaldıqca faktiki tarif daha da yüksəlir: 1000 kubmetr üçün 13,7 qəpik, 800 kubmetr üçün isə 14 qəpik olur.

İqtisadçı analoji vəziyyətin elektrik enerjisində də yarandığını deyib. Onun sözlərinə görə, aylıq 200 kVt-saata qədər istehlak üçün müəyyən edilən 8,4 qəpiklik tarifdən istifadə edən abonentlərin xərci 16,8 manatdan 17,8 manata yüksələcək. Bu isə əhalinin 65 faizi üçün 1 kVt-saat elektrik enerjisinin faktiki qiymətinin 8,9 qəpiyə qalxması deməkdir.

Samir Əliyev bildirib ki, elektrik enerjisində də aşağı istehlak zamanı tarif daha yüksək olur: 150 kVt-saat üçün 9,1 qəpik, 100 kVt-saat üçün isə 9,4 qəpik.

Seçilən
103
4
aznews.az

10Mənbələr