Ucarda yol qəzası olub, xəsarət alanlar var. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə səhər saatlarında Yuxarı Şilyan kənd yolunda baş verib. Hərəkətdə olan "VAZ 2106" və "Nissan" markalı avtomobillər toqquşub. İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan 4 nəfər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.








