AZ

Dövlət QHT Agentliyinə yüksək etimad göstərir

“Azərbaycanın QHT sektoru son illər mühüm və yaddaqalan inkişaf mərhələsi keçib. Artıq dövlət və xalq üçün vacib məsələlərdə öndə olan ictimai sektorun təmsilçiləri həm ölkə daxilində, həm də xaricdə fikirlərini qətiyyətlə çatdıra bilirlər. Məhz bunun nəticəsidir ki, dövlət bu sektora, bu sektorda dövlət siyasətini həyata keçirməkdə məsul olan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə daha yüksək etimad göstərir. Elə cənab Prezident İlham Əliyevin dekabrın 29-da imzaladığı “Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında” Fərman da bunun növbəti təsdiqidir”.Metbuat.az xəbər verir ki, bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib. O, qeyd edib ki, sözügedən Fərmanı ötən müddət ərzində görülən işlərin nəticəsi kimi də dəyərləndirmək olar: “Təbii ki, mən QHT Agentliyi yaranandan sonra görülən işləri nəzərdə tuturam. Məhz bu işlərin nəticəsində QHT sektorunda şəffaflıq və hesabatlılıq tam təmin olunub. Artıq heç kim QHT fəaliyyətinə “ikinci dərəcəli iş” kimi yanaşmır. Azərbaycan QHT-ləri vətəndaş cəmiyyətinin vacib elementlərindən birinə çevrilib. İctimai institutların nüfuzunun artmsı bu sektorda baş verən köklü dəyişikliklərlə bağlıdır. Həyata keçirilən islahatlar, tətbiq edilən yeniliklər, rəqəmsallasma sahəsində ciddi irəliləyişlərin əldə olunması bu sektorun nüfuzunun artması ilə müşahidə olunur”.

S.Verdizadə deyib ki, dövlət başçısının dekabrın 29-da imzaladığı Fərman həm də QHT Agentliyinə göstərilən yüksək etimaddır: “QHT Agentliyinə göstərilən etimadı bu sektorda görülən işə verilən musbət qiymət kimi qəbul edə bilərik. Etimad mühitinin formalaşması QHT rəhbərlərinin məsuliyyət hissini daha da artırır. Heç şübhəsiz ki, hesabatlılıq, məsuliyyət və şəffaflıq müvəffəqiyyətin rəhnidir. Əminliklə vurğulaya bilərik ki, həyata keçirilən layihələrin keyfiyyəti ilbəil artır. Öz təcrübəmizdə çıxış edərək deyə bilərəm ki, QHT-lər ideya axtarışındadır. Cəmiyyətin maraqlarına cavab verən, sosial-mədəni inkişafı təşviq edən layihələr prioritet təşkil edir. Sözsüz ki, bu, ilk növbədə Agentliyin səmərəli fəaliyyətinin nəticəsidir”.

Seçilən
47
50
metbuat.az

10Mənbələr