Lerik rayonunda qəza hadisəsi baş verib.
NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə səhər saatlarında Lerik rayonu ərazisində qeydə alınıb.
Belə ki, Lerik istiqamətində hərəkətdə olan “Mercedes Vito” markalı avtomobil idarəetməni itirib və dərəyə aşıb. Avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
6 nəfər kişi cinsli şəxs Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
İlkin məlumata görə, onlar Bakıdan Lerikə gedirmişlər.
Faktla bağlı araşdırma aparılır.
Əlavə məlumat veriləcək.