AZ

Rumıniya Ukraynaya 50 milyon avro ayıracaq

Rumıniya hökuməti Ukrayna üçün ABŞ-dən silah alışını təmin edən PURL mexanizminə qoşulmağa qərar verib.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana Tsoyu sosial şəbəkələrdə bildirib.

Onun sözlərinə görə, Rumıniya PURL təşəbbüsünü 2025-ci il üçün büdcə limiti çərçivəsində 50 milyon avro məbləğində töhfə ilə dəstəkləməyi qərara alıb.

"Rumıniyanın PURL-a töhfəsi Ukraynanın potensialını gücləndirməklə uzunmüddətli sülhə nail olmağa kömək edəcək. Rumıniyanın ABŞ-nin himayəsi altında PURL mexanizmində iştirakı regional təhlükəsizliyin gücləndirilməsinə birbaşa töhfə verir və ölkənin NATO çərçivəsində və ABŞ ilə strateji tərəfdaşlıq üzrə öhdəliklərinə tam uyğundur", – nazir qeyd edib.

"Cebheinfo.az"

Seçilən
61
2
cebheinfo.az

3Mənbələr