Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
2025-ci ildə Ukrayna Avropa İttifaqına (Aİ) üzvlük məsələsində irəliləyiş əldə edə bilməyib, baxmayaraq ki, Brüssel qanunun aliliyinin təmin edilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində islahatların sürətləndirilməsini tələb edirdi.
Bizimyol.info xəbər verir ki, bu barədə Avropa nəşri "Politico" məlumat yayıb.
Məqaləyə görə, Ukraynadakı mövcud vəziyyətdə - üzvlük məsələsində heç bir dəyişiklik baş verməyib. Qəzet vurğulayıb ki, 2028-ci ilə qədər üzvlük danışıqlarını başa çatdırmaq məqsədi artıq çətinliklə əldə edilə biləcək bir ambisiyaya çevrilir.
Əvvəlcə Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos bildirib ki, Kiyev “bütün kriteriyaları yerinə yetirib”, buna görə də Ukraynanın Avropa İttifaqına qəbul olunması üzrə danışıqlar 2025-ci ilin sonuna qədər başlamalı idi. Kos həmçinin Moldova üçün 2028-ci ilə qədər üzvlük danışıqlarını başa çatdırmaq ambisiyasını dəstəklədiyini açıqlayıb.
Problemin kökü ondadır ki, Moldova və Ukrayna Aİ üzvlük qaydalarına görə eyni genişlənmə qrupu çərçivəsində birləşdirilib və onların üzvlük mərhələləri sinxronlaşdırılıb. Bu səbəbdən, Moldova ilə danışıqlar Ukrayna ilə danışıqlar başlamadan başlaya bilməz.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.