AZ

Britaniya xəstəxanasına hücum olub, əfqan miqrant 5 nəfəri yaralayıb

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

30 dekabr 2025-ci ildə Böyük Britaniyadakı bir səhiyyə müəssisəsində qanlı hadisə baş verdi. Mersisayd polisi ölkənin şimal-qərbindəki Nevton-le-Villous şəhərindəki Nevton İcma Xəstəxanasında ziyarətçilərə və işçilərə hücum edən 20 yaşlı bir kişini həbs etdi.

Bizimyol.info xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, şübhəli Əfqan əsillidir.

Qarşıdurma xəstə qəbulu zonasında başlayıb: Bir şəxsə həkimlə görüş təyin olunmayıb və oradan çıxması istənilib. O, bunadn qəzəblənib. Əvvəlcə qəbul masasını sındırıb, sonra ağır bir əşyanı (ehtimal ki, lom və ya dəmir çubuq) götürüb və dəhlizdəki insanlara zərbələr endirməyə başlayıb.

Hücumda ən azı beş nəfər xəsarət alıb. Bütün qurbanlar təcili yardım briqadaları tərəfindən xəstəxanaya aparılıb. İlkin qiymətləndirmələr onların xəsarətlərinin həyati təhlükə yaratmadığını göstərilir. Yaralıların cinsi, yaşı və hazırkı vəziyyəti hələlik açıqlanmayıb.

Polis zəngə əsasında hücum edən şəxsi hadisə yerində saxlayıb. O, üç maddə ilə ittiham olunub: qəsdən ağır bədən xəsarəti yetirmə, dava-dalaşda iştirak etmə və başqasının əmlakına qəsdən ziyan vurma.

Hadisədən dərhal sonra xəstəxananın ətrafında polis mühasirəsi qurulub. Təcili yardım xidmətləri bəzi işçiləri və qonaqları binadan təxliyə edib. Hüquq-mühafizə orqanlarının rəsmiləri rəsmi açıqlamada hadisəni lokal hadisə kimi qiymətləndirdiklərini və hazırda terrorizm və ya mütəşəkkil cinayətkarlıqla əlaqəsinə dair heç bir dəlil olmadığını vurğulayıblar.

İstintaq davam edir. Mersisayd polisi şahidlərin bu hadisə ilə bağlı məlumat verməsini xahiş edib. Hakimiyyət orqanları həmçinin yerli sakinləri sakit olmağa, ayıq-sayıq olmağa və cəmiyyətdə panikaya səbəb olmamaq üçün sosial mediada təsdiqlənməmiş şayiələr yaymaqdan çəkinməyə çağırıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
16
icma.az

10Mənbələr