Norveçli şahmatçı Maqnus Karlsen Qətərin paytaxtı Dohada keçirilən blits üzrə dünya çempionatının qalibi olub.


Rekord.az xəbər verir ki, Karlsen finalda Özbəkistandan Nodirbek Abdusattorovu məğlub edib.


Həlledici görüş norveçli şahmatçının 2,5:1,5 hesablı qələbəsi ilə başa çatdı.


Maqnus Karlsen 9-cu dəfə bu titula yiyələnib. O, bir neçə gün öncə rapid üzrə də dünya çempionu olmuşdu.