Yazını böyüt
Yazını kiçilt
Dekabrın 30-da ölkə ərazisində qeydə alınan 22, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, axtarışda olan 175 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 164 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat nəticəsində narkotiklərlə bağlı 2, qanunsuz saxlanılan silah və sursatla bağlı isə 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.
Ailəsi məlumatlandırılmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.