AZ

Rusiyada neft emalı zavodu: Ukraynanın Odessa şəhərində infrastruktur obyektləri vurulub

Ukrayna Ordusu Rusiyada neft emalı zavoduna, Rusiya Ordusu isə Ukraynanın Odessa şəhərində infrastruktur obyektlərinə və binalara zərbə endirib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, Krasnodar diyarının operativ qərargahı Tuapse neft emalı zavodu pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığı, nəticədə ərazidə yanğın baş verdiyi, iki nəfərin xəsarət aldığı barədə məlumat yayıb.

Zərbə nəticəsində zavodun avadanlıqları, limandakı bir körpü və beş yaşayış evi zədələnib. Bundan əlavə, dörd çoxmənzilli binada və bir fərdi yaşayış evində pəncərələr sınıb. Neft emalı zavodunda baş verən yanğın 300 kvadratmetr ərazini əhatə edib.

"Cebheinfo.az"

Seçilən
78
3
cebheinfo.az

5Mənbələr