AZ

“Yunayted”in əfsanəsi Amorimə qəzəbləndi: Səhv edirsən

"Mançester Yunayted" in keçmiş müdafiəçisi Qari Nevill "Vulverhempton"la matçda (1:1) mankunianlıların baş məşqçisi Ruben Amorimin taktiki işini tənqid edib.

Publika.az xəbər verir ki, "Daily Mail" qəzeti Nevillin sözlərini sitat gətirib.

"Yenə də səhvdir. Düşünürəm ki, son beş-altı həftə ərzində "Yunayted"in oyunlarını kifayət qədər izləmişəm. Son yeddi oyundan altısını izlədim ki, nəyin düzgün, nəyin isə pis olduğunu bilim və həqiqətən də təəccübləndim.

Coşua Zirkzee sağ cinahda oynayır, daim sağ cinah müdafiəçisi mövqeyinə qayıtmalı olur, Dioqo Dalot sağ cinah müdafiəçisi, Eyden Heven sağ mərkəz müdafiəçisi, Patrik Dorqu isə sol cinah müdafiəçisidir və burada o qədər də yaxşı oynamır.

Sadəcə, yaxşı deyil, çünki onlar fərqli mövqelərdə oynayırdılar və bunu sakitcə deyə bilərik. Düşünürəm ki, stadiondakı azarkeşlər də məhz bunu düşünürlər. Onlar da bizimlə eyni vəziyyətdədirlər. Son iki və ya üç oyunda etdiyi dəyişikliklər sayəsində komandanın oyunu xeyli yaxşılaşdı, amma bu gecə o, 3-4-3 sxeminə qayıtdı. Problem ondadır ki, onun heyətində bu sistemə uyğun oyunçular var.

Seçilən
81
10
publika.az

10Mənbələr