AZ

Putin kimi çar xalqını qırğına da verə bilər Vever

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin rusları qırğına aparmaq da daxil olmaqla bir çox şeyə dözə bilər. Lakin o, Ukraynaya qarşı müharibədə uduzmağa hazır deyil.

Axar.az xəbər verir ki, Belçikanın Baş naziri Bart de Vever bunu HLN-ə verdiyi müsahibədə Avropa Komissiyasının dondurulmuş Rusiya aktivlərindən istifadə edərək Ukraynaya təzminat krediti vermək təşəbbüsünü şərh edərkən deyib.

O bildirib ki, Avrokomissiya sədri Ursula fon der Leyenin kompromis əldə etməyi üçün bütün Avropanı “velisopedlə gəzməyi” lazımdır.

"Əgər bu pulu müharibəni maliyyələşdirmək üçün istifadə etsək, onda Rusiya xalqının iki ildən sonra tükənəcəyini də fərz edirik. Onlar dözümlü xalqdır. Putin kimi çar hər şeyi edə bilər: xalqını acından öldürmək, onları qırğına vermək və orada-burada soyqırım törətmək. Bəs müharibəni uduzmaq? Bu, onun edə bilməyəcəyi bir şeydir", - Belçika baş naziri bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
axar.az

1Mənbələr