AZ

Kompani və Farioli fərqləndilər

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Almaniyanın "Bavariya" komandasının baş məşqçisi Vensan Kompani və Portuqaliyanın "Portu" komandasının baş məşqçisi Françesko Farioli milli çempionatlarında mövsümün ilk yarısını məğlubiyyətsiz başa vuran yeganə mütəxəssislər olub.

İdman.Biz xəbər verir ki, Kompaninin rəhbərliyi altında "Bavariya" Bundesliqada 15 oyundur uduzmur, Fariolinin çalışdırdığı "Portu" isə Portuqaliya çempionatında 16 oyundur məğlubiyyət görməyib.

"Portu" 16 turdan sonra 46 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb və ikinci yerdə olan "Sportinq"i beş xal qabaqlayır.

"Bavariya" isə Bundesliqasında 15 turdan sonra 41 xalla liderdir və ikinci pillədə qərarlaşan Dortmund "Borussiya"sını doqquz xal qabaqlayır.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
117
1
icma.az

2Mənbələr