ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyəli jurnalist Fulya Öztürk “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı ilə təltif olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist CNN Türk-də yayımlanan verilişində özü məlumat verib.
Fulya Öztürk bildirib ki, Azərbaycan dövləti tərəfindən verilən bu mükafat onun üçün böyük qürur mənbəyidir. O, çıxışı zamanı Azərbaycana və Azərbaycan xalqına xüsusi təşəkkürünü ifadə edərək bu mükafatı həyatında aldığı ən mənalı dəyərlərdən biri kimi qiymətləndirib.
Qeyd edək ki, Fulya Öztürk 2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı Azərbaycanda birbaşa hadisə yerindən reportajlar hazırlayan azsaylı xarici jurnalistlərdən biri olub. O, cəbhə bölgələrindən, raket hücumlarına məruz qalmış şəhər və yaşayış məntəqələrindən canlı yayımlar apararaq Azərbaycanın haqlı mövqeyini Türkiyə və beynəlxalq ictimaiyyətə çatdırıb.
Müharibə dövründə mülki əhalinin üzləşdiyi faciələri, Ermənistanın törətdiyi dağıntıları və hərbi cinayətləri obyektiv şəkildə işıqlandıran Fulya Öztürkün reportajları Azərbaycan cəmiyyətində böyük rəğbətlə qarşılanıb.
Aysel Əliyeva
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.