AZ

Kriştianu Ronaldu peşəkar karyerası ərzində 957 ci qolunu vurub VİDEO

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu peşəkar karyerasının 957-ci qolunu vurub.

Portuqaliyalı hücumçu bu qolu 2025/26 mövsümündə Səudiyyə Ərəbistanı Pro Liqasının 13-cü turunda “Əl-İttifaq”la 2:2 hesablı heç-heçə ilə başa çatan oyunda reallaşdırıb.

İdman.Biz-in məlumatına görə, oyun Səudiyyə Ərəbistanının Dammam şəhərindəki “Əl-İttifaq-Abdullah Əl-Dabil” stadionunda baş tutub.

Kriştianu Ronaldu oyunun 67-ci dəqiqəsində qol vurub.

“Real Madrid” və “Mançester Yunayted”in sabiq hücumçusu hazırkı Səudiyyə Ərəbistanı liqasında 13 qol vurub.

“Əl-Nəsr” bu mövsüm ilk dəfə xal itirib.

Komanda 11 oyunda 31 xal toplayıb və liqa turnir cədvəlində birinci yerdədir. “Əl-İttifaq” 16 xalla ərəb liqasında səkkizinci yeri tutur.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
116
1
icma.az

2Mənbələr