AZ

Kurtua dekabr ayında “Real Madrid”in ən yaxşı oyunçusu seçilib

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Real Madrid”in qapıçısı Tibo Kurtua dekabr ayının komandasının ən yaxşı oyunçusu seçilib.

İdman.Biz xəbər verir ki, 33 yaşlı futbolçu səsvermədə Antonio Rüdiger, Rodriqo Qoes, Aurelien Çouameni və Cud Bellingemi geridə qoyub.

Ötən ay belçikalı qapıçı “Real Madrid”in heyətində bütün yarışlarda beş oyun keçirib və iki oyunda qapısını toxunulmaz saxlayıb. Qalan oyunlarda Kurtua beş qol buraxıb.

Belçikalı 2018-ci ildən “Real Madrid”də çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 18 milyon avrodur.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
50
icma.az

10Mənbələr