AZ

​"Barselona" Levandovskinin yerinə onu transfer edir

"Barselona" Robert Levandovskinin yerinə transfer etmək istədiyi futbolçunu müəyyən edib. Metbuat.az xəbər verir ki, İspaniya nəhəngi "Yuventus"un futbolçusu Dusan Vlahoviçin xidmətində maraqlıdır. Bildirilir ki, futbolçunun “Yuventus”la müqaviləsi mövsümün sonunda yekunlaşır. “Barselona” futbolçunu azad agent kimi transfer edə bilər. Məlumata görə, “Bavariya” klubu da Dusan Vlahoviçin xidmətində maraqlıdır. Qeyd edək ki, Robert Levandovskinin "Barselona" ilə müqaviləsi mövsümün sonunda yekunlaşır.

Futbolçu karyerası ilə bağlı hələ qərar vermədiyini irəli sürsə də, onun adı bir sıra klublarla hallanır.

Seçilən
92
metbuat.az

1Mənbələr