AZ

"Mançester Siti"dən "Borussiya"ya keçə bilər

style='margin-bottom:10px;'>

"Borussiya" "Mançester Siti"nin vingeri Oskar Bobbu heyətinə qatmağa hazırlaşır.

QOL.az xəbər verir ki, "Sky Sports"un məlumatına görə, "şəhərlilər"in "Bornmut"dan Antuan Semenyonu 65 milyon funt sterlinqə transfer etməyə hazırlaşması Bobbun yanvarda komandadan ayrılması ehtimalını artırıb.

Məlumata görə, 22 yaşlı norveçli futbolçunun mümkün ayrılığı yalnız icarə əsasında baş tuta bilər. Sonradan satınalma hüququnun daxil edilib-edilməməsi isə tərəflər arasında müzakirə mövzusudur. Dortmund təmsilçisi Bobbun transferində yeganə namizəd deyil, futbolçunun karyerasını Premyer Liqada davam etdirmək variantları da nəzərdən keçirilir.

Qeyd edək ki, ağır zədədən yeni qayıdan gənc oyunçu yüksək rəqabət səbəbindən "Mançester Siti"də kifayət qədər oyun şansı əldə edə bilmir.

Seçilən
152
50
teleqraf.com

10Mənbələr