"Espanyol" "Barselona" ilə matçdan öncə əlavə təhlükəsizlik tədbirləri barədə açıqlama yayıb.
QOL.az xəbər verir ki, klub hər iki qapının arxasında qoruyucu torların quraşdırılacağını bildirib. Bu addım azarkeşlərin "Barselona"nın qapıçısı Joan Qarsiyaya yad cisim atmasının qarşısını almaq məqsədini daşıyır. Bundan başqa, stadiona giriş zamanı yoxlamaların gücləndiriləcəyi, xüsusilə böyük və bel çantalarına məhdudiyyətlərin qoyulacağı vurğulanıb.
Məlumata görə, klub həmçinin rəqib komandanın formasında və simvolikasında olan şəxslərin tribunlara buraxılmayacağını elan edib.
Qeyd edək ki, yayda "Espanyol"a keçən qolkiper üçün bu, sabiq komandası ilə ilk matçı olacaq.
Xatırladaq ki, iyun ayında "Espanyol"dan "Barselona"ya keçid edən futbolçunun cari müqaviləsi 2031-ci ilə qədər qüvvədədir. Bu keçid ərəfəsində futbolçunun mobil telefonuna təhqirlər və təhdidlər göndərilib, naməlum nömrələrdən saysız zənglər gəlmişdi.