Ucarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Chevrolet" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1962-ci il təvəllüdlü Z.Verdiyevanı vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Əraziyə DYP əməkdaşları cəlb edilib. Fakt araşdırılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta