AZ

Bakıda ağaclıq sahədə baş verən yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb

Bakı, 30 dekabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ağaclıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən yaşayış binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yaşayış binası və ətraf ərazilər yanğından mühafizə olunub.

Seçilən
25
22
azertag.az

10Mənbələr