AZ

Acunun komandasından premyer liqa yolunda daha bir addım

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Acun Ilıcalının sahibi olduğu ''Hall Siti'' bu mövsüm inamlı oyunu və uğurlu nəticələri ilə fanatlarını sevindirir. "Football-plus.az" xəbər verir ki, ''Pələnglər'' son olaraq çempionşipin 24-cü turunda səfərdə ''Midlsbro''nu minimal hesabla yeniblər. Halbuki ''Midlsbro'' tura ikinci pillədə daxil olmuşdu. 12-ci dəqiqədə Darko Qyabinin vurduğu qol oyunda yeganə olub. ''Hall Siti'' bu mühüm qələbə ilə bir daha elitaya yüksəlmək iddiasını ortaya qoyub. Sergey Yakiroviçin çalışdırdığı kollektiv son 5 turdan 4 qələbə, 1 heç-heçə ilə ayrılaraq 13 xal toplayıb. ''Hall Siti'' artıq 4-cü pillədədi və premyer-liqaya birbaşa vəsiqə verən 2-ci pillədən yalnız 2 xal geridədi. Acun Ilıcalı son olaraq indiyə qədər ''Hall Siti''yə cibindən 100 milyon avroya yaxın pul xərclədiyini vurğulamış və ''premyer-liqaya yüksəlsək, o zaman məni görərsiz'' açıqlaması ilə diqqət çəkmişdi. O, komandasının İngiltərə futbolunun elitasına yüksələcəyi təqdirdə mühüm transferlər həyata keçirəcəyinə işarə vurmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
1
icma.az

2Mənbələr