Xalq artisti Flora Kərimova uzun fasilədən sonra efirdə görüntülənib.
Milli.Az xəbər verir ki, müğənni qonaq olduğu verilişdə səhhəti ilə bağlı danışıb:
"Elə də yaxşı deyiləm, bir az ürəkdən əziyyət çəkirəm. Ancaq gözəl həkimlərim var, məni ölməyə qoymurlar. Hərdən deyirəm, əl çəkin gedim, görürəm alınmır. Yaşadıqca düşünürsən ki, bunu da edim, bunu da görüm".
Milli.Az