AZ

Necip Uysal: “Karyeramı “Beşiktaş”da sonlandıracam”

ain.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Beşiktaş”ın baş məşqçisi Sergen Yalçının istəyi ilə əsas heyətdən uzaqlaşdırılan Necip Uysal şəxsi sosial media hesabında paylaşım edib.

Apasport.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi başqa bir klubda çıxış etməyəcəyini və karyerasını “qara qartallar”da sona çatdıracağını açıqlayıb:

“Ömrüm boyu yalnız "ağ-qara" forması geymişəm, üzərimdə fərqli bir loqo daşımamışam. Yenə geyinməyəcəyəm, yenə daşımayacağam. Futbola və 22 illik əməyimə olan hörmətimdən, həmçinin gələcəkdə uşaqlarıma "Atanız heç bir işi yarım qoymadı" deyə bilmək üçün mövsümün sonuna qədər klubumun mənə göstərdiyi yerdə və formada məşqlərimi davam etdirəcəyəm. Mövsüm sonunda isə şərtlər nə olursa olsun, karyeramı bu forma altında bitirəcəyəm".

Qeyd edək ki, Necip Uysal “Beşiktaş” akademiyasının yetirməsidir. 34 yaşlı futbolçu 2009/2010 mövsümündən etibarən əsas komandada çıxış edir.

ABŞ millisinin üzvü Premyer Liqa yolunda

İnfantino: “FIFA olmasaydı, futbol 150-dən çox ölkədə mövcud olmazdı”

“Qalatasaray”ın oyunçusu Super Liqada klubunu dəyişəcək

Serxio Ramos Avropaya qayıda bilər

Sörlotun gələcəyinə aydınlıq gəlib

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
182
24
apasport.az

10Mənbələr