AZ

Elə şəxslər var ki, 200 500 mənzilə sahibdir, qapını bağlayıb gediblər... AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Elektrik enerjisi və qaz üzrə tətbiq olunacaq sabit aylıq tarif mexanizmi aztəminatlı ailələr və az istehlak edən abonentlər üçün ilkin mərhələdə əlavə maliyyə yükü yaradacaq. Bu, çox asandır, sadəcə olaraq abunəçilərin hesablarına əlavə məbləğ yazılacaq. Bir manat qaz, bir manat işıq, nəticədə ümumi xərclər 2 manat artacaq. Bu, adi riyazi hesablamadır və burada fəlsəfə axtarmağa ehtiyac yoxdur".Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. O, bildirib ki, məsələyə uzunmüddətli iqtisadi baxımdan yanaşsaq, bu mexanizm səmərəlidir:"Çünki həm elektrik, həm də qaz paylayıcı şəbəkələrinin saxlanması və texniki baxımı xərc tələb edir və bu xərci istənilən halda abunəçi ödəməlidir. Əvvəllər bu xərclər yalnız istifadə zamanı istehlakın içində gizli şəkildə çıxırdı. İndi isə istifadə edib-etməməsindən asılı olmayaraq, şəbəkəyə qoşulmusansa, bu xərc ayrıca hesablanır. İstəyirsən istifadə et, istəyirsən etmə, amma sistem hazır vəziyyətdə saxlanılır. Bu da müəyyən mənada ədalətli yanaşmadır. Çünki abunəçi olmaq avtomatik olaraq həmin xidmətin istifadəçisi olmaq deməkdir və istənilən an “qaz verilsin” deyildikdə, qaz gəlir. Bunun isə arxa fonda ciddi baxım və saxlanma xərcləri var".Ekspert bildirib ki, elə şəxslər var ki, 200–500 mənzilə sahibdir, evlərin qapısını bağlayıb gediblər:"Həmin mənzillərdən istifadə olunmasa da, şəbəkənin saxlanma xərci cəmiyyətin digər üzvlərinin üzərinə düşürdü. Qaz istifadə olunmayanda bu xərc itmirdi, sadəcə digər abonentlər arasında bölüşdürülürdü. İndi isə bu xərclər ayrılıb və ayrıca hesabat sistemi formalaşdırılıb. Bu, həm xərclərin, həm də qiymətlərin daha düzgün müəyyənləşdirilməsi deməkdir. Eyni zamanda, daha çox evi olan şəxsin daha çox ödəniş etməsi prinsipini yaradır. Gələcəkdə isə bu yanaşma ümumi qiymət artımlarının qarşısını almağa da kömək edə bilər".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
demokrat.az

1Mənbələr