AZ

“Barselona”nın prezidentinə qarşı dələduzluq İTTİHAMI

İspaniyanın “Barselona” klubunun prezidenti Joan Laporta bir qadına qarşı mümkün dələduzluq işi üzrə rəsmi şəkildə ittiham olunub.

Paralel.az xəbər verir ki , söhbət Laporta ilə əlaqəli iki şirkətə 100 min avro (təxminən 200 000 AZN) sərmayə yatıran qadının iddiasından gedir və prokurorluq bunu mümkün fırıldaqçılıq kimi qiymətləndirir.
 

Məlumata görə, yanvarın 16-da Laporta bu iş üzrə ifadə verməlidir. O, “Barselona”nın vitse-prezidenti Rafael Yuste, həmçinin klubun sabiq rəhbər şəxsləri Xavier Sala Martin və Joan Oliver ilə birlikdə məhkəməyə çağırılıb.


İstintaq orqanları sərmayənin necə yönləndirildiyini, vəsaitlərin təyinatı üzrə istifadə edilib-edilmədiyini və mümkün qanun pozuntularının olub-olmadığını araşdırır.

Qeyd olunur ki, hazırda ittiham mərhələsi istintaq xarakteri daşıyır və məhkəmə qərarı çıxarılana qədər Laporta günahsız hesab olunur.

Seçilən
41
3
paralel.az

4Mənbələr