AZ

ABŞ və tərəfdaşları Suriyada İŞİD in silah anbarlarını məhv edib, 7 terrorçu öldürülüb

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ilə tərəfdaşları dekabrın 19-da Suriyada İŞİD mövqelərinə hava zərbələrindən sonra təxminən 25 İŞİD silahlısını zərərsizləşdirib və ya həbs edib.

APA xəbər verir ki, bu barədə CENTCOM-un “X” hesabında məlumat verilib.

Bildirilib ki, 20-29 dekabr tarixlərində 11 əməliyyat həyata keçirilib və nəticədə azı 7 İŞİD terrorçusu öldürülüb, digərləri isə həbs edilib.

Bundan başqa, terror qruplaşmasına məxsus 4 silah anbarı məhv edilib.

Qeyd edilib ki, son bir ildə ABŞ və tərəfdaşlarının Suriyada İŞİD-ə qarşı əməliyyatları nəticəsində 300-dən çox terrorçu həbs edilib, 20-dən çoxu isə öldürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
3
apa.az

4Mənbələr