AZ

Gələn il peşə təhsilinə qəbul olunan tələbələrin sayının 28 min 140 nəfərə çatdırılması planlaşdırılır

525.az saytına istinadən ain.az xəbər verir.

2025-ci ildə 78 peşə təhsili müəssisəsində 152 ixtisas üzrə tələbə qəbulu aparılıb.

525.az-a Elm və Təhsil Nazirliyindən bildirilib ki, cari ildə müsabiqəyə çıxarılan 32 min 620 plan yerindən 23 min 280-i dövlət sifarişli, 8 340-ı isə ödənişli əsaslarladır. Müraciət edən 46 min 789 nəfərdən 27 min 21 nəfəri peşə təhsili müəssisələrinə qəbul olunub.

Tələbələrin 84 faizi dövlət sifarişli, 16 faizi ödənişli əsaslarla qəbul olunub. Onların 39 faizi (10 489 nəfər) qadınlardır. Peşə təhsili almaq üçün müraciət edənlərin orta yaş həddi 21, ən aşağı yaş həddi 13, ən yuxarı yaş həddi isə 78-dir.

Qəbul olunan tələbələrdən 65 nəfəri ali təhsilli, 298 nəfəri orta ixtisas təhsillidir. Onlardan 84 nəfəri xarici vətəndaşdır. Peşə təhsilinə müraciət edənlərdən 1254 nəfəri isə cəzaçəkmə müəssisəsində məhkumdur.

2026-cı il üçün müəyyən edilmiş hədəflərə əsasən peşə təhsilinə qəbul olunan tələbələrin sayının 28 min 140 nəfərə çatdırılması, eləcə də yüksək texniki peşə təhsili ilə əhatə olunan tələbələrin sayının 10 min nəfərə yüksəldilməsi planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
85
6
525.az

6Mənbələr