AZ

“2025 ci ildə inflyasiya, ərzaq məhsullarının qiymət artımı hələ də qalır” DEPUTAT

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Hər bir vətəndaş haqlı olaraq, yaxşı həyat, sabit gəlir və dayanıqlı iş yeri istəyir. 2025-ci ildə inflyasiya, ərzaq məhsullarının qiymət artımı, paytaxt və bölgələr arasında inkişaf fərqləri hələ də qalır”.

Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Zahid Oruc bu gün keçirilən plenar iclasında deyib:

“Lakin parlaq Zəfəri xalqımıza qazandıran lider bütün vətəndaşlarımızı layiqli rifaha qovuşdurmağa qadir tək dövlət başçısıdır.

Azərbaycan növbəti ilə başqa xalqlar kimi, təhlükəsizlik axtarışları ilə deyil, ilk dəfə bütövlük və suverenlik şəraitində Qələbəmizin siyasi coğrafiyasını genişləndirmək üçün daxil olur.

Ali Baş Komandanın məqsədi Cənubi Qafqazda davamlı sülh yaratmaq və gələcək nəsillərə müharibəsiz, qorxusuz, bütöv Vətən miras qoymaqdır”.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
103
1
icma.az

4Mənbələr