AZ

Litva Rusiya ilə sərhəddəki körpüləri minalanma üçünhazırlayır

Litva Belarus və Rusiya ilə sərhədində yerləşən körpülər üzərində partlayıcıların yerləşdirilməsi üçün hazırlıq işləri aparır.

Redaktor.az xəbər verir ki, bu barədə LRT Litva Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, bu işlər Rusiya və Belarusla sərhədlər boyunca Baltik müdafiə xəttinin yaradılmasına hazırlığın bir hissəsidir. Plana əsasən, körpülər “partlayıcı maddələrin yerləşdirilməsi üçün mühəndis konstruksiyaları” ilə təchiz olunur.

Müdafiə Nazirliyindən bildirilib ki, “körpülər və onlara aparan yollar təbii maneələrin yerləşməsi və Litvanın müdafiə sistemi üçün strateji əhəmiyyətinə görə seçilir”.

Hərbçilərin sözlərinə görə, sərhəd yaxınlığında artıq tank əleyhinə minaların və digər maneələrin saxlanması üçün onlarla məntəqə yaradılıb. Bundan əlavə, əsas yolların qorunması məqsədilə ağaclar əkilir və sonradan səngər və tank əleyhinə maneə kimi istifadə oluna bilən suvarma kanalları dərinləşdirilir.

Seçilən
97
3
redaktor.az

4Mənbələr