BAKI,TurkicWorld
23 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin istiqrazların ticarətə buraxılması üçün "Ticarətə İcazə" qərarı verilib.
TurkicWorld BFB-yə istinadən xəbər verir ki, qeyd olunan qiymətli kağızların abunə yazılışı 23.12.2025-ci il tarixində başlayıb, 29.12.2025-ci il tarixində bitib.
AZ2001009268 İSİN kodlu istiqrazların yerləşdirilməsi 30 dekabr 2025-ci il tarixində həyata keçirilib.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri "Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları"-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində "Emitentin profili" bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | "AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2001009268 |
| İstiqraqzların növü və forması | Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
| Ticarət üsulu/forması | Kütləvi/ Abunə yazılışı |
| İstiqrazların sayı | 300,000 ədəd |
| İlkin ticarət qiyməti | 100 ABŞ Dolları |
| Buraxılış həcmi | 30,000,000 ABŞ Dolları |
| İllik gəlirlilik faizi | 7% |
| Ödəmə periodu | Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir |
| Tədavül müddəti | 5 il |
| Reallaşdırılmış həcm | 30,000,000 ABŞ Dolları |
| Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 30,000,000 ABŞ Dolları |
| Hərrac qiyməti | 100 ABŞ Dolları |
| İnvestor sayı | 331 |
| Sifariş sayı | 380 |
| Anderrayter | "ABB-İnvest İnvestisiya Şirkəti" QSC |