
Məşhur “Sofascore” statistika portalı İspaniya La Liqasında 2025-ci il üçün simvolik heyəti açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, ilin simvolik komandasına çempionatda mövqelərində ən yüksək reytinqə malik 11 oyunçu daxildir.
Portal simvolik komanda üçün 3-4-3 sxemini seçib.
Heyəti təqdim edirik:
Qapıçı: Joan Qarsiya (“Espanyol” və “Barselona”);
Müdafiəçilər: Markos Alonso (“Selta Viqo”), Xuan Foyt (“Vilyarreal”) və Santyaqo Mourinyo (“Alaves” və “Vilyarreal”);
Yarımmüdafiəçilər: Aleks Baena (“Vilyarreal” və “Atletiko Madrid”), Cud Bellinqem (“Real Madrid”), Pedri (“Barselona”) və Entoni (“Betis”);
Hücumçular: Rafinya (“Barselona”), Kilian Mbappe (“Real Madrid”) və Lamin Yamal (“Barselona”).