AZ

“Toyota”nın qadağan edilmiş reklamı VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Toyota Yaris” dünyanın əksər ölkələrində geniş yayılmış avtomobillərdəndir. 

Avtosfer.az xəbər verir ki, bu model Avstraliyada xüsusilə geniş yayılıb. Sərt iqlimdə özünü doğruldan modelə bu gün də maraq böyükdür.

Lakin, bu günlərdə Avstraliya çöllərində çəkilmiş reklam narazılıq yaradıb. Federal Avtomobil Sənayesi Palatası belə qənaətə gəlib ki, reklamda avtoxuliqanlıq təbliğ edilir. 

Reklam videosunda görünür ki, idmançı avtomobillə yüksəkliyə atılaraq qabaqcadan sifariş verdiyi burqeri alır və çox sayda drift edir. Federasiya rəhbərliyinin qənaətinə görə bu addım çox təhlükəlidir. Beləliklə, reklam qadağan edilib.

Əslində “Toyota” belə reklam çəkən ilk şirkət deyil. 1985-i ildə “Citroen Visa” reklam çəkilişi zamanı təyyarədaşıyan gəmidən sualtı qayığın üzərinə atılmışdı.

Vüqar 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
111
avtosfer.az

1Mənbələr