"Seçki Müşahidə" Alyansının rəhbəri Məmməd Məmmədzadənin (Məmməd Alpay) məhkəməsi başlayır.
Paralel.az xəbər verir ki , cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın icraatına verilib.
Məhkəmənin hazırlıq iclası 8 yanvara təyin edilib.
Qeyd edək ki, Məmməd Məmmədzadə Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittihanm irəli sürülüb və bu il martın 14-ü Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. (Mənbə: Apa.az)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta