Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Liverpul"un yarımmüdafiəçisi Məhəmməd Salah Afrika Millətlər Kubokundan sonra - yanvar ayında klubdan ayrılacaq.
Fanat.Az xəbər verir ki. bu barədə "The Independent" qəzeti məlumat yayıb.
Nəşr misirli oyunçunun gələcək karyerasının hansı kluba gedə biləcəyi ilə bağlı proqnozlar verib. Ən çox ehtimal olunan variant "Əl-Hilal"dır. Səudiyyə Ərəbistanının sözügedən təmsilçisi 33 yaşlı vinger üçün əsas namizəddir. Səudiyyə Ərəbistanının digər iki klubu - "Əl-İttihad" və Kriştianu Ronaldulu "Əl-Nəsr" də Salahın xidmətində maraqlıdır.
Avropa klublarından "Atletiko Madrid" və PSJ-nin adı hallandırılsa da, bu transferlərin baş tutma ehtimalı çox aşağı hesab olunur.
33 yaşlı Mo 2017-ci ilin yayından "Liverpul"da çıxış edir. Sözügedən futbolçu mersisaydlıların heyətində ümumilikdə 421 oyuna çıxaraq 250 qol və 116 məhsuldar ötürmə ilə yadda qalıb.
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.