AZ

Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir

“Balaca Ekoloqlar” layihəsi çərçivəsində həyata keçirilən tədbirdə şagirdlər arasında ekoloji maarifləndirmə, sağlam həyat tərzi, ətraf mühitin mühafizəsi, təkrar emalın təşviqi kimi mövzularda söhbət aparılıb.

Ekoloji çirklənmənin zərərləri və təkrar emalın ekologiyamıza olan müsbət təsirləri haqqında şagirdlərə ətraflı məlumat verilib. 

Tədbir zamanı şagirdlərin tullantılardan hazırladıqları müxtəlif əl işlərindən ibarət sərgi, kompazisiyalar nümayiş olunub və birgə ağacəkmə aksiyası həyata keçirilib. 

ASAN könüllüləri tərəfindən şagirdlərə "Eko çanta" və "Üz boyama" üzrə ustad dərsləri təşkil edilib. 

Tədbirin sonunda şagirdlərə ASAN könüllüləri və Azərsun Kağız və Karton İstehsalat Korporasiyası tərəfindən kiçik hədiyyələr təqdim edilib.

Seçilən
43
13
olke.az

10Mənbələr