Ajans.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Sənədə əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və reaktiv mühərriklər üçün digər yanacağın idxal gömrük rüsumu və aksiz dərəcələrinə tətbiq edilən güzəştin müddəti bir il uzadılıb. Məlumat üçün bildirək ki, reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və reaktiv mühərriklər üçün digər yanacağın idxalında 1 ton üçün 80 manat aksiz dərəcəsinə güzəşt tətbiq edilirdi. Güzəştin müddəti uzadılaraq 2026-cı il dekabrın 31-dək 1 ton üçün 1 manat aksiz dərəcəsi tətbiq ediləcək.
Həmçinin sözügedən məhsullara 15 % idxal gömrük rüsumundan azadolma tətbiq edilirdi. Bu güzəştin müddəti də 2026-cı il dekabrın 31-dək uzadılıb.