Yazını böyüt
Yazını kiçilt
Türkiyənin "Haber Global" telekanalı İstanbulun Florya sahillərində Azərbaycan və Türkiyə bayraqlı tankerlərin toqquşması ilə əlaqədar hadisə yerindən videoreportaj hazırlayıb.
Hafta.az xəbər verir ki, telekanal hadisə yerindən ətraflı məlumat verib.
Bildirilir ki, həyəcan siqnalının ardınca xilasetmə gəmiləri əraziyə göndərilib.
Hazırda hər iki gəmidə müvafiq texniki işlər aparılır və lövbər zəncirinin təhlükəsiz şəkildə buraxılması istiqamətində tədbirlər davam etdirilir.
Məlumata görə, hadisə zamanı gəmidə yük olmayıb.