AZ

Pyaniç karyerasını başa vurdu

style='margin-bottom:10px;'>

Tanınmış yarımmüdafiəçi Miralem Pyaniç futbolçu karyerasını rəsmən başa vurub.

QOL.az xəbər verir ki, “Yuventus” və “Barselona”dakı oyunu ilə tanınan futbolçu artıq meydana çıxmayacağını açıqlayıb. Pjyniç Dubayda qalacağını və diqqətini ailəsinə yönəldəcəyini bildirib:

“Artıq oynamayacağam. Karyeramı başa vurdum. Hazırda Dubayda yaşayıram və futbolçu yox, kiçik oğlumun atasıyam. O, mənim üçün prioritetdir”..

Qeyd edək ki, Miralem Pyaniç 2016-cı ildə “Yuventus”a keçib, 2020-ci ilin sentyabrında isə “Barselona” ilə müqavilə imzalayıb. O, bir mövsüm Türkiyənin “Beşiktaş” klubunda icarə əsasında çıxış edib. 2022-ci ildə isə o, BƏƏ-nin “Şarja” klubu ilə anlaşma əldə etmişdi.

Seçilən
133
49
teleqraf.com

10Mənbələr