AZ

Özbəkistan Parlamenti Azərbaycanla sazişlərin icrasını müzakirə edib

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Özbəkistan Senatı və parlament komitələri Azərbaycanla ikitərəfli sazişlərin icrasına və birgə investisiya və əməkdaşlıq layihələrinin sürətləndirilməsinə həsr olunmuş birgə iclas keçiriblər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Report" Özbəkistan Senatına istinadən xəbər verir.

İclasda Senat üzvləri, deputatlar, nazirliklərin və idarələrin, assosiasiyaların və təşkilatların rəhbərləri iştirak ediblər.

"Nazirlik və idarələrin rəhbərləri iclasda iştirakçıları Özbəkistan və Azərbaycan liderləri arasında əldə edilmiş razılaşmaların, imzalanmış ikitərəfli sənədlərin və təsdiq edilmiş "yol xəritələri" nin icrası barədə məlumatlandırıblar", - xəbərdə bildirilib.

Müzakirə zamanı ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, investisiya və əməkdaşlıq layihələrinin icrasının sürətləndirilməsi, nəqliyyat-logistika, energetika, sənaye, kənd təsərrüfatı və digər sahələrdə birgə təşəbbüslərin vaxtında və keyfiyyətli həyata keçirilməsi, məsul nazirliklər və idarələr arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi, mövcud problemlərin birgə həlli, razılaşmaların icrasına parlament nəzarətinin gücləndirilməsinin önəmi xüsusi qeyd edilib.

İclasın yekununda Özbəkistan və Azərbaycan arasında əldə edilmiş razılaşmaların praktiki nəticəliliyinin təmin edilməsinə və onların tam həyata keçirilməsinə yönəlmiş müvafiq qərarlar və tövsiyələr qəbul edilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
2
cebheinfo.az

3Mənbələr