AZ

Vladimir Putin Paşinyan, Koçaryan və Sarkisyanı TƏBRİK ETDİ

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Milad və 2026-cı ilin Yeni ili münasibətilə xarici dövlət və hökumət başçılarına təbrik məktubları göndərib.

KONKRET.az xəbər verir ki, təbriklər arasında Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçatryan və Baş Naziri Nikol Paşinyan da var.

Həmçinin, təbriklər keçmiş xarici dövlət və hökumət başçılarına da ünvanlanıb. Onlar arasında Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serj Sarkisyan da var.

Təbrik teleqramları həmçinin Serbiya Prezidenti Aleksandr Vuçiç, ABŞ Prezidenti Donald Tramp, Çin Xalq Respublikasının Prezidenti Si Cinpin, Şimali Koreya lideri Kim Çen In və digər dünya liderlərinə də göndərilib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
71
1
konkret.az

2Mənbələr