İstanbul, 30 dekabr, Günel Karatepe, AZƏRTAC
İstanbulun ərazi sularının Küçükçekmece rayonu bölgəsində iki tanker toqquşub.
AZƏRTAC xəbər verir ki, gəmilərdən birinin Azərbaycana məxsus “Kəlbəcər” tankeri olduğu bildirilir. Digəri isə Türkiyə bayrağı altında üzən 115 metr uzunluğa malik “Alatepe” tankeridir. Yüngül təmas olaraq qiymətləndirilən toqquşmanın səbəbi hələlik bəlli deyil. Türkiyənin müvafiq qurumlarının əməkdaşkarı bölgəyə yönləndiriliblər.
Gəmilərin həyəcan təbili verdiyi bildirilir.
Qeyd edək ki, gecə saatlarından başlayaraq İstanbulda əsən güclü külək bir neçə gəminin hərəkətinə maneçilik törədib.