"Elə bir şərait yaradılmalıdır ki, vətəndaş düşünə bilsin: “Mən bu qədər vaxt itirirəm, bəs bunu kimsə mənim üçün həll edə bilər?” Vətəndaş: “Bəli, mən elə bu sualı verim ki…” Yeni məqam isə vətəndaş, məmur və birbaşa ünsiyyətin olmamasıdır. Biz faktiki olaraq “dost konsepsiyasının” reallaşması ilə rəqəmsallaşmanın xidmət sektorunda şəffaflığa necə müsbət təsir göstərdiyini gördük. Bu, dost agentliyinin fəaliyyətinin ən önəmli uğur məqamlarından biridir. İctimai sektorda və cəmiyyətimizdə insanlar görürlər ki, əyani şəkildə hansı problemlər həll olunur və hansı problemlərdən uzaq qalmaq olar".
Bu fikirləri iqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri, Professor Elşad Məmmədov bildirib. Onun sözlərinə görə, bu konsepsiyanın reallaşması nəticəsində, məsələn, vətəndaş hansısa məmurla ünsiyyətə gedir və potensial olaraq bütün vətəndaşların öz problemlərini necə həll etmək istədiyini müşahidə etmək mümkün olur:
"Təbii ki, biz bu məlumatı tam olaraq skan edə bilmirik; bəzi vətəndaşlar gözləməyi üstün tutur, bəziləri isə digər vətəndaşların nəticələrini görüb onlardan öyrənir. Bu yanaşma bir çox sistemli problemlərin aradan qaldırılmasına şərait yaradır və “dost konsepsiyası” Azərbaycanda sosial sahədə effektiv, mütərəqqi və sistemli problemlərin azaldılmasına xidmət edən bir model kimi qəbul olunur".