“Məni bu mükafata layiq görən hər kəsə təşəkkür edirəm. Məni bu yerə layiq gördükləri üçün minnətdaram və daim özümü ən azı bu səviyyədə saxlayaraq onları yanıltmamağa çalışacağam. Unudulmaz bir il oldu, amma bununla kifayətlənmək istəmirəm. Bütün komanda yoldaşlarıma və məşqçilər heyətinə ayrıca təşəkkür edirəm. Mən hər zaman öz üzərimdə çalışmışam ki, daha yaxşı olum. Bu il mükafata layiq görüldüm, qismət bu ilə imiş, amma gələcəkdə bundan da yaxşı nailiyyətlər əldə etməyi arzulayıram. Allaha sonsuz həmd olsun ki, zəhmətimin qarşılığını mənə verdi. Komanda olaraq da, fərdi oyun baxımından da yaxşı çıxış etdik. Öz əziyyətimin hesabına bir daha məni bu yerə layiq görən hər kəsə təşəkkürümü çatdırıram. Sizi sevirəm! Respondentlər siyahısında olsaydım, kimə səs verərdim? Mənim sıralamam belə olardı: Bəhlul Mustafazadə, Abdulla Xaybullayev, Toral Bayramov”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta