AZ

“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Bakı, 30 dekabr, AZƏRTAC

“Azəriqaz” İB Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

İB-dən AZƏRTAC-a bildirilib ki, bayram günlərində qurumun Müştəri əməliyyatları şöbəsinin əməkdaşları 31 dekabr və 2026-cı il yanvar ayının 1-3 tarixlərində fəaliyyət göstərəcəklər. Xidmət Bakı (yeni ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əliağa Şıxlinski küçəsi, giriş 55) və Sumqayıt Regional Qaz İstismar İdarələrinin (RQİİ) inzibati binalarında, eləcə də Xəzər, Qaradağ və Abşeron xidmət sahələrində təşkil olunacaq.

Bakı RQİİ-də 31.12.2025 - 04.01.2026-cı il tarixlərində saat 10:00-dan 17:00-dək, həmçinin Sumqayıt RQİİ-də, Abşeron, Qaradağ və Xəzər Xidmət sahələrində 31.12.2025 - 03.01.2026-cı il tarixlərində saat 10:00-dan 17:00-dək abonentlərə xidmət göstəriləcək. Eləcə də Bakı RQİİ-nin bütün xidmət sahələrində, eynilə bölgələrdə də növbəlilik tətbiq etməklə Birliyin müvafiq sayda əməkdaşları iş başında olacaqlar.

31.12.2025-04.01.2026-cı il tarixlərində “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində qeyri-iş günüdür.

Abonentlər qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 7/24 fəaliyyət göstərən 104 Çağrı Mərkəzinə məlumat verə bilərlər.

Seçilən
44
9
azertag.az

9Mənbələr