AZ

Kompani və Fariolidən inanılmaz performans

"Bayern Münhen"in baş məşqçisi Vensan Kompani və onun "Portu"dakı həmkarı Françesko Farioli mübarizə apardıqları liqalarda məğlubiyyət acısı dadmayıblar.

Fanat.Az xəbər verir ki, "Bayern" cari mövsüm 15, "Portu" isə 16 qarşılaşmada uduzmayıb.

46 xalla Portuqaliya çempionatının turnir cədvəlinin zirvəsində qərarlaşan Fariolinin komandası "Sportinq"i 5 xal qabaqlayır.

Münhen təmsilçisinin təqibçisi ilə xal fərqi daha çoxdur. Kompaninin çalışdırdığı kollektivin hazırda 41 xalı var. 2-ci yerdəki Dortmund "Borussiya"sı liderdən 9 xal geri qalır.

Nihat

Seçilən
109
1
fanat.az

2Mənbələr